Obamadan Afrikaya dəstək

media-hightechnic-468x90

pic_a8f30d55f5400ef604d5514d4c522bf4-300x188ABŞ prezidenti Barak Obama Qərbi Afrikada tüğyan edən Ebola virusu ilə mübarizə aparmaq məqsədilə bu ölkəyə 3000 ABŞ hərbçisi göndərəcək.

Bu barədə “Agence France-Presse” istinadən xəbər verir.
Obamanın sözlərinə görə, hərbçilər Qərbi Afrikada xəstəliyə yoluxan şəxslər üçün izolyatorların təşkil olunması və burada avadanlıqların quraşdırılması işlərini həyata keçirəcəklər.

Qərbi Afrikada yayılan Ebola virusu ilə bağlı Dünya Səhiyyə Təşkilatı yeni məlumat yayıb.

Təşkilatın yaydığı məlumata əsasən, Ebola virusundan ölənlərin sayı 2400-ü keçib.
Təşkilatın verdiyi məlumata görə, Ebola Qərbi Afrikada yayılmağa davam edir. Həkimlərin virusun yayılma arealının qarşısını almaq üçün hərbi dəstəyin lazım olduğunu bildirir.

Syerra-Leone və Liberiyada virusa yoluxanların sayı artıq 3500-ü keçib.

Səhiyyə təşkilatı həyəcan təbili çalaraq dünyanın Ebola ilə mübarizəni uduzmaq üzrə olduğunu bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600