Obamanın namizədi Entoni Blinkendir

media-hightechnic-468x90

obamaPrezident Barak Obama ABŞ dövlət katibinin birinci müavini vəzifəsinə Entoni Blinkenin namizədliyini irəli sürüb.

E.Blinken son 20 ildə ABŞ-da iki hökumətin hakimiyyəti dövründə ölkənin xarici siyasətinin planlaşdırılması ilə əlaqədar yüksək vəzifələr tutub.

ABŞ Senatı onun namizədliyini təsdiqləyərsə, o, bu vəzifədən getmiş Uilyam Bernsi əvəz edəcək. E.Blinken 2013-cü ildən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini işləyib. Onun vəzifəsi ölkə hökumətində ABŞ-ın xarici siyasətinin formalaşdırıldığı idarələrarası komitəyə sədrlik etməkdən ibarətdir. Obama hökuməti hakimiyyətinin birinci müddətində o, milli təhlükəsizlik məsələləri üzrə prezident köməkçisinin müavini və ABŞ-ın vitse-prezidentinin müşaviri olub.

1994-cü ildən 2001-ci ilədək Bill Klinton Administrasiyası yanında ABŞ-ın Milli Təhlükəsizlik Şurasının üzvü olan E.Blinken 2002-2008-ci illərdə isə ABŞ senatının Xarici İşlər üzrə Komitəsi əməkdaşlarının aparatına rəhbərlik edib.

(topnews.a)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600