Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Obamanın Twitter hesabı əlindən alınacaq

obama tvitterBarak Obamanın 11 milyon izləyicisi olan Twitter hesabı Ağ Evin növbəti sahibinə veriləcək. Bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.

@POTUS hesabının rəsmən yeni prezidentə verilməsi 2017-ci il yanvarın 20-da baş tutacaq. Həmin gündən səhifə 45-ci prezidentin adından məlumatlar yayacaq.

Obamanın adından yazılan bütün tvitlər isə keçmiş prezidentin @POTUS44 ünvanlı rəsmi mikrobloquna köçürüləcək.

Qeyd edək ki, Obama – ABŞ-ın sosial şəbəkələrdən aktiv istifadə edən ilk prezidentidir. O, Twitter-də statuslar yazır, Facebook və YouTube-da canlı yayımlar təşkil edərək, suallara cavab verir.

 

www.yenicag.az

216