Odessada 4 min ton qaz daşıyan türk gəmisi vuruldu

media-hightechnic-468x90

Ukraynanın Odessa vilayətindəki İzmail limanında lövbər salmış təxminən 4 min ton mayeləşdirilmiş təbii qaz (LPG) daşıyan Türkiyənin “ORINDA” gəmisi vurulub.

Yenicag.az xəbər verir ki,  bu  barədə “Sabah” qəzeti yazıb.

Rumıniyanın Plauru kəndinin sakinləri gəminin alovlanmasından sonra partlayış təhlükəsi səbəbindən təxliyə edilib.

“Ukraynanın İzmail limanında içərisində 16 türk ekipaj üzvünün olduğu Türkiyə bayraqlı LPG gəmisi ORINDA evakuasiya zamanı vurulub və alovlanıb. Ekipaj gəmini təhlükəsiz şəkildə təxliyə edib. Xəsarət alan olmayıb. Yanğınsöndürənlər yanğına müdaxilə edir”, – qəzet rəsmilərə istinadən yazıb. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa