Odessanın milis rəisi istefaya göndərilib
Ukraynanın daxili işlər naziri Arsen Avakov Odessada baş verən qanlı hadisələrdə sonra xidməti təhqiqat aparılmasına dair göstəriş verib.
Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda DİN-in Odessa Baş idarəsinin rəisi Pyotr Lutsyuk da vəzifəsindən azad edilib.
Qeyd edək ki, mayın 2-də Odessada baş verən iğtişaşlarda 41 nəfər ölüb, 200 nəfər, o cümlədən 22 milis əməkdaşı xəsarət alıb. Faciəli olaylarla əlaqədar şəhərdə üç günlük matəm elan olunub(apa).