Ödəyəcəyimiz vergidə 7% artım OLACAQ: İqtisadçı XƏBƏRDARLIQ ETDİ – VİDEO

media-hightechnic-468x90

“2019-dan başlayaraq gəlir vergisində güzəştlər var idi”.

Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

media-xalidkerimli1

O, əmək haqqıdan gəlir vergisinin tutulmasının insanlara mümkün təsirindən danışıb.

İqtisadçı bildirib ki, maaşlarımızdan indiyə qədər 12.5% vergi tutulurdusa, bu göstərici indi 19.5% olacaq.

“Ödəyəcəyimiz vergidə söhbət 7% artımdan gedir. 2019-cu ilə qədər bunu onsuz da ödəyirdik. Özəl sektorda müəyyən müddətlik güzəşt tətbiq edilmişdi. Buna səbəb isə maaşların rəsmiləşməsi, şəffaflığın artırılması, qeydiyyatsız işçilərin sayının isə azaldılması idi”, – deyə o, bildirib.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa