Ofisiantlar müştərini “doğradı”
Çinli ofisiantlar restoranda yeməyi bəyənməyən müştərini döyüblər.
Çində restoranların birində ofisiantlar ilə müştəri arasında dava baş verib. Hadisə anbaan restoranın təhlükəsizlik kameralarına düşüb.
Qarşısına qoyulan yeməyi daddıqdan sonra bəyənməyən müştəri, ofisiantlara şikayətini bildirib. Ofisiantlar isə özlərini müdafiə etmək üçün hansısa səbəblər göstəriblər. Bu isə müştərinin xoşuna gəlməyib və tərəflər arasında yaranan mübahisə davaya çevrilib.
Nəticədə, restoranın ofisiantları onları narahat edən müştərini döyməyə başlayıblar. Onlardan biri, hətta əlindəki qiyməkeşlə müştəriyə ardıcıl zərbələr endirərək onu al-qan edib.
Maraqlısı isə budur ki, restoran sahibləri hadisə baş verdikdən sonra ofisiantları çağıraraq, hamısına mahnı oxutdurub. (anspress.com)