!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğlanların əsl kişi kimi formalaşa bilməməyinin səbəbi ... - Psixoloqdan həyəcan təbili

!Reklam – Yazi

Biz cəmiyyət üçün övladlar böyüdürük. Nahaq yerə, uşaqlar bizim gələcəyimizdir, demirik ki … Bəs görəsən böyütdüyümüz övladlara görə gələcəyimiz sual altında deyil ki? Axı bu gün ailə modelində böyük axsamaların olduğu danılmazdır. Üstəlik, boşanmaların sayının da artması ailədə dominantlığın ananın əlində olmasına, bu da oğlan uşaqlarının atadan uzaq böyüməsinə dəlalət edir. Bəs belə olan halda tərbiyədə hansı qüsurlar yaranır? Tanınmış psixoloq Aidə Sübhanın fikrincə, ümumiyyətlə, Azərbaycanda ata-oğul münasibətləri əzəldən düzgün formalaşmayıb. Bu da oğlan uşaqlarının bir kişi formalaşmasında ciddi fəsadlar yaradır: 

“Azərbaycandakı ailələrdə ata-oğul münasibətləri düzgün tənzimlənməyib. Bu münasibətlərdə boşluqlar daha çoxdur, nəinki ana-qız münasibətlərində … Bəlkə də oğlanların bir kişi kimi düzgün formalaşmamasının başlıca səbəbi də elə budur. Faktlar onu göstərir ki, bu gün atalar daha çox qızlarına meyillidir. Onları daha qorxmaz, cəsur yetişdirməyə can atırlar. Bu da bir çox qızlarda “oğlan xasiyyətinin” formalaşmasına səbəb olur. Gələcəkdə də məhz bu cür tərbiyə alan qızlar ailədə həyat yoldaşı ilə dil tapa bilmir, hökm və zabitə ilə öz dediklərini həyata keçirtməyə can atır ki, bu da çox hallarda boşanmalara qədər aparıb çıxarır. Oğlan uşaqlarının ataları ilə az ünsiyyətdə olması onlarda qorxu, cəsarərsizlik, həyəcan kimi mənfi halların yaranmasına səbəb olur. Bu gün müşahidə edirik ki, əgər tendensiya bu cür davam etsə gələcəkdə mübariz və qorxmaz yeniyetmələrin, gənclərin sayı az ola bilər. Məhz bunu nəzərə alaraq, ata-oğul münasibətlərinə köklü surətdə diqqətli yanaşmaq lazımdır. Atalar öz oğlanları ilə çox vaxt keçirməli, onlarla söhbət etməli, həyatda yaşadıqlarından ibrətamiz ifadələrlə uşağına nəyin yaxşı, nəyin pis olduğunu anlatmalıdırlar. Çox təəssüflər olsun ki, bu gün bizim gənc atalar arasında da böyüməyə ehtiyacı olanlar var. Amma yenə məsləhətdir ki, ata-oğul münasibətlərinin doğru tənzimlənməsinin kökündə düzgün ünsiyyət və rəftar əsas rol oynayır. Atalar bir şeyi unutmasınlar ki, onlar da yeniyetmə olublar. Və oğul atasına nəyisə danışır, nəyisə etiraf edirsə, ondan şiddət yox, düzgün məsləhət almalıdır. Yalnız bu halda bu əzəli problem kökündən həll oluna bilər.

www.yenicag.az

1172
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv