Oğlunu evləndirən Nazim: “Hansı dövrdə yaşayırıq ki, deyim, mütləq bu qızı alacaqsan”

media-hightechnic-468x90

Pandemiyadan sonra övladına xeyir iş edənlərdən biri də müğənni Nazimdir. Sənətçi oğluna nişan mərasimi edib.

media-banner_tuq

Yenicag.az-a açıqlama verən Nazim oğlunun öz seçimi ilə evləndiyini bildirib:

“Oğlumun öz seçimidir. Biz indi hansı dövrdə yaşayırıq ki, israrla deyək ki, sən mütləq bu qızı alacaqsan, ya sən mütləq bu oğlana ərə gedəcəksən. 21-ci əsrdə yaşayırıq. Artıq hər şey azad olduğu kimi, insan da seçimində azad olmalıdır. Çünki o qızla oğlum özü yaşayacaq və seçimini də özü etməlidir. O, özü qızı görüb bəyəndi, seçimini etdi və evlənmək qərarını verdi. Bizə də xeyir-dua vermək qaldı. Allah bütün balaları xoşbəxt eləsin”.

Müğənni toy mərasiminin vaxtını da açıqlayıb:

“Elçilik, həri olmuşdu, ayın 10-da da nişan mərasimi oldu, toyu da yəqin məhərrəmlikdən sonra edərik”, – deyə müğənni qeyd edib.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05