Oğurluq hadisəsi törədən şəxs saxlanıldı
Bakının Nərimanov rayonunda soyğunçuluq cinayəti törədilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Beyləqan rayon sakini Mehman Orucov tutulub.
Müəyyən edilib ki, sentyabrın 12-də M.Orucov və daha bir şəxs inzibati ərazidə şəhər sakini Vüsal Məmmədova hücum etməklə, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər və mobil telefonunu zorla əlindən alaraq, hadisə yerindən uzaqlaşıblar.
Hazırda digər şəxsin tutulması istiqamətində axtarış aparılır.
Faktla bağlı CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlayıb.