Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Oğuzda baş verən yanğın söndürüldü - YENİLƏNDİ/FOTO

Oğuzda meşə zolağında yanğın söndürülüb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

***

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

www.yenicag.az

708
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100