Rusiyanın yüksək komandiri Kurskda həlak oldu - FOTO
Rusiyanın yüksək komandiri Kurskda həlak olub
Yenicag.az bildirir ki, Rusiya Hərbi Dəniz Qüvvələri komandanının müavini briqada generalı Mixail Qudkovun xidməti vəzifəsini yerinə yetirərkən Kursk vilayətində həlak olduğu açıqlanıb.
Primorski vilayəti qubernatoru Olеq Kozhemyako hadisə ilə bağlı məlumat verərək bildirib ki, Qudkov və ətrafındakı digər hərbiçilər Ukrayna ordusunun Kurskun Korenevo bölgəsindəki komanda məntəqəsinə endirdiyi zərbə nəticəsində həlak olub. Ümumilikdə 11 rus hərbçisi həyatını itirib.
Qudkov 2025-ci ilin mart ayında Rusiya Hərbi Dəniz Qüvvələri komandanı müavini vəzifəsinə təyin olunmuşdu. O, əvvəlki dövrlərdə Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadasına rəhbərlik etmişdi və “Rusiya Qəhrəmanı” tituluna layiq görülmüşdü.
Bu hadisə, Ukrayna tərəfindən həyata keçirilən hücumların Rusiya Silahlı Qüvvələri içərisində yüksək rütbəli komandirlərin itkilərinin artdığı və 2025-ci ilin ən ciddi göstəricisi olduğu qeyd olunur.
Göycə Göycəyev