Oğuzda silahlı şəxs saxlanıldı

media-hightechnic-468x90

Oğuz rayonunda qonşular arasında baş vermiş mübahisə zamanı birinin digərinə odlu silahla hədə-qorxu gəlməsi barədə polisə məlumat daxil olub.

media-banner_tkm

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə mübahisə edən tərəflərdən biri olan 50 yaşlı Rəşad Manafov saxlanılıb. Onun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkarlanıb. R.Manafov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05