Okeanda “Wi-Fi” istifadəsi mümkün olacaq

media-hightechnic-468x90

Carnival-Breeze-RenderingBu həftə dünyanın nəhəng “Carnival Corporation” səyahətlər operatoru şirkətə məxsus bütün gəmilərdə (101 ədəd) işləyəcək ilk “WiFi@Sea” hibrid simsiz şəbəkənin istifadəyə verilməsini açıqlayıb.
Gəmilərin hamısı “WiFi@Sea” sisteminin gəmilərin marşrutu üzrə quraşdırılan və 65 km məsafədə işləyən sahil yaxınlığındakı antena şəbəkələrinin ümumi “backbone” xəttinə qoşulacaq.

media-banner_tuq

Qeyd olunur ki, gəmi limana daxil olan zaman orada yerli genişzolaqlı kanala qoşulacaq, sahil antenalarının əhatə zonasından uzaqda olanda isə peyklə işləyə biləcək. Bu isə o deməkdir ki, Karib dənizi ilə beşgünlük səyahət ərzində turist smartfonundan ayrı düşməyəcək.

“Carnival Corporation” bəyan edib ki, yeni məlumat ötürmə sisteminin buraxılış qabiliyyəti əvvəlki şəbəkəyə nisbətdə xeyli yüksəkdir.

“WiFi@Sea” şəbəkəsinin sınaqları il yarımdır davam edir. Sistemin Karib dənizində bu ilin qışında, Alyaskada 2015-ci ilin yazında, Aralıq və Baltik dənizlərində, Qərbi Avropa və Asiyada 2015-2016-cı illərdə istifadəyə veriləcəyi gözlənilir.

Sərnişinlərin internetə çıxışı ödənişli olmaqla tariflər gəmilərdə müxtəlif olacaq. Hazırda qoşulma üçün tipik ödəniş 3,95 dollar, 1 dəqiqəlik istifadə üçün 0,75 dollar təşkil edir. 100 dəqiqəlik paketin qiyməti 55 dollara, 250 dəqiqəliyin 100 dollara bərabərdir.

“WiFi@Sea” antenalarının istifadəyə verilməsi ilə bu növ xidmətlərin ucuzlaşacağı gözlənilir, – “Xaker” yazır.(İCTnews.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05