“Oktyabrda təkrar seçkilər keçirilə bilər” – Türkiyədə

media-hightechnic-468x90

liderler-oylarini-kullandi-134594Türkiyədə hökumət krizisi davam edir. Belə ki, AKP-nin hökumət quracaq sayda mandat qazana bilmədiyindən koalisiya və ya azlıq hökumətinin qurulması gündəmdədir.

Yenicag.az xəbər verir ki, işin maraqlı tərəfi odur ki, AKP-dən digər partiyalara koalisiya ilə bağlı şifahi müraciət etsə də, nəticə yoxdur. CHP-MHP-HDP ittifaqının ola bilmə ehtimalı isə artıq sıfra yaxınlaşır. MHP ilə HDP arasında onsuz da gərgin olan hava “şərəf” məsələsindən dolayı daha da gərginləşib. Artıq nə HDP-nin, nə də MHP-nin koalisiya və ya azlıq hökumətini dəstəkləməyəcəyi aşkardır. CHP-nin isə AKP xaricində bu iki partiyadan birinin dəstəyi ilə iqtidar olması mümkün deyil.

AKP isə hər hansının dəstəyini alarsa, hökuməti rahat qura bilər. Fəqət müxalifətin bu işə də isti yanaşmadığı, ağır şərtlərlə oyunpozanlıq etdiyi ortadadır. Belə ki, AKP üçün önəmli olan mövzulara diqqət çəkərək, 12 illik iqtidar partiyası ilə birlikdə hərəkət etmək istəmədiklərini ortaya qoyurlar.

Prezident Ərdoğanın partiyaları bir an öncə hökumət qurmağa dəvət etməsi də sonucsuz qalmaqdadır. Heç bir partiya hələlik erkən seçkiyə müsbət yanaşmasa da, bunun qaçınılmaz olduğu görülməkdədir. Artıq nüfuzlu araşdırma mərkəzləri də üfiqdə erkən seçkinin olduğunu bildirirlər. Ən son A&G Araşdırma Mərkəzinin rəhbəri Adil Gur da bunu gözlədiklərini bildirib. Onun sözlərinə görə, koalisiya olsa belə, uzunmüddətli olmayacaq. A.Gur bildirib ki, oktyabr ayında təkrar seçkilər keçirilə bilər.

Bu arada hökumətin qurulmasının gecikməsi və iqtisadiyyatın riskli hal alması əhalini qorxutmaqdadır. Bundan isə təkrar seçkilər keçirilərsə, müxalifətin daha çox zərər görəcəyi ehtimal olunur.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600