!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Öldüyünü ailəsindən gizlətdilər - Beyləqanda dəm qazı faciəsinin təfərrüatı

!Reklam – Yazi

Beyləqanın Mayak kəndində dəm qazından zəhərlənən ailə başçısının ölümü xəstəxanaya yerləşdirilən doğmalarından gizlədilib.

Bu barədə Yenicag.az-a Mayak Kənd bələdiyyəsinin sədr müavini Vüqar Rzayev məlumat verib. Hadisə ilə bağlı təfərrüatları danışan Rzayev ailənin bir oğlunun həbsxanada olduğunu qeyd edib:

“Dünən axşam saat 6-7 radələrində ev yiyəsi Nizaminin bacısı onlara gəlib. Evə girəndə görüb ki, bütün ailə üzvləri huşsuz vəziyyətdə yerə uzanıb. Onun hay-həşirinə qonum-qonşu yığıldıq. Onları həyətə çıxardıq, ilk yardım göstərdik. Nizami artıq keçinmişdi, onu həyata qaytarmaq mümkün olmadı. İçəridə qaz peçi hələ də yanırdı, onu mən söndürdüm. Gəlinin də vəziyyəti pis idi, onu həyata qaytarmaq üçün əlimizdən gələni etdik. Qaz yana-yana bunlar boğulub. Ailənin bir oğlu Bakıda həbsxanadadır, qardaşı həmin gün onun yanına gedib. Allah istəyib, yoxsa o da evdə olsaydı, o birilər kimi xəstəxanalıq olacaqdı”.

V.Rzayev dünyasını dəyişən ailə başçısını dəfn etdikləri bildirib:

“Nizaminin öldüyünü ailəsi bilmir, gizlədirik. Onlar hələ ki, xəstəxanada həkim nəzarəti altındadırlar. Bircə gəlini evə buraxılıb, yas məclisində iştirak edir”.

Cəvahir

www.yenicag.az

6464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv