Yanvarın 13-də İrəvan-Mehri avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Ermənistan Milli Məclisinin müxalif “Hayastan” fraksiyasının deputatı Mher Saakyanın vəfatından sonra onun deputat mandatı blokun proporsional siyahısında növbəti namizədə veriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qeyd edək ki, siyasi qüvvənin siyahısından son mandat Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryana verilib. Siyahıda növbəti namizəd Hərbi-Siyasi Partiyasının (HSP) üzvü, “Kvant” liseyində erməni dili və ədəbiyyatı müəllimi işləyən Armine Xerananyandır. Onun yanvarın 20-də parlamentin yaz sessiyasında fəaliyyətə başlayacağı qeyd olunub.
Tərcümə: Rəfi Müslümov
www.yenicag.az