“Ölən rus əsgərlərinin sayı yüzlərlədir”

media-hightechnic-468x90

81898Rusiya Ordsunun təxminən 500 hərbçisi Ukraynanın şərqində öldürülüb.

Yenicag.az anspress- istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland senatda dinləmələr zamanı bildirib.

Bildirilir ki, senator Nulanda Ukraynanın şərqində nə qədər Rusiya əsgərinin həlak olması barədə sual verib.

Nulandın sözlərinə görə, bu barədə rəqəmləri dəqiq demək çox çətindir: “Çünki Rusiya tərəfi bunu ciddi şəkildə gizlədir. Lakin bizim müşahidələrimizə görə, ölən rus əsgərlərinin sayı yüzlərlədir. Təxminən 400-500 rus əsgəri həlak olub”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Rusiya ordsunun əsgərlərinin Ukraynanın şərqində döyüşdüyü barədə yayılan xəbərləri təkzib edir.

“ABŞ qəhvə ilə fala baxır”, – deyə Rusiya MN həmin xəbərləri belə şərh edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600