Oliqarxlar haqqında qalmaqallı QANUN – Prezident imzalayacaqmı?

Ukrayna parlamenti prezidentin imzalamasından əvvəl “Oliqarxlar haqqında” qanuna düzəlişlər edib.

Yenicag.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ukraynada ciddi mübahisələrə səbəb olan sözügedən qanunun qəbulunda əsas məqsəd zəngin insanların ölkə siyasətinə təsir imkanlarını aradan qaldırmaqdır.

Məlumata görə, qanun layihəsi imzalanmaq üçün artıq prezident Vladimir Zelenskiyə təqdim olunub.

Qanun layihəsindəki düzəlişlər, əsasən, fiziki şəxslərin hansı halda oliqarx sayılmalarına və qərarı hansı dövlət qurumunun (Milli Təhlükəsizlik və Müdafiə Şurası və ya Korrupsiya Xəbərdalığı üzrə Milli Agentlik) verəcəyinə dair müddəaları əhatə edib.