Ölkədə 23 mindən çox yeni iş yeri açılıb

media-hightechnic-468x90

2025-ci ilin birinci rübü ərzində Azərbaycanda 23,4 min yeni iş yerləri açılıb.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 90,6 faizi qeyri-dövlət sektorunda açılıb.

Məlumata görə, yeni açılmış iş yerlərinin 74,4 faizi Bakı şəhərinin, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, 24,7 faizi digər regionların, o cümlədən 11,4 faizi Abşeron-Xızı, 2,4 faizi Quba-Xaçmaz, 2,2 faizi Qarabağ, 1,7 faizi LənkəranAstara, 1,5 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Şəki-Zaqatala, 1,1 faizi Şirvan-Salyan, 0,7 faizi Mil-Muğan, 0,6 faizi Dağlıq Şirvan, 0,6 faizi Qazax-Tovuz, 0,6 faizi Mərkəzi Aran və 0,6 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 11,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,5 faizi isə digər tədbirlər üzrə yaradılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600