"Ölkədə vaksinasiya başa çatıb" - NAZİR
“Ölkədə vaksinasiya prosesi demək olar ki, böyük uğurla başa çatıb”.
Yenicag.az APA-ya istinadla xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bunun nəticəsində epidemioloji vəziyyət qənaətbəxşdir:
“Vaksin ehtiyatımız yetərincədir. Vaksin olunmayanlar üçün hələ də gec deyil. Vətəndaşları məsuliyyətlərini dərk edərək vaksinasiya olunmağa çağırıram”.