“Ölkəmizdən tranzit ölkə kimi istifadə etmək minimuma enib”

media-hightechnic-468x90

ramiz aliyevvvv“İnsan Alverinə Qarşı Mübarizə ilə bağlı ökəmizdə aparılan işlər dünyanın və Avropanın bir çıx ölkəsinə nümunə ola biləcək səviyyədədir”.

Belə bir açıqlama ilə çıxış edən ekspert Ramiz Alıyev “OLAYLAR”-a bildirib ki, Azərbaycan dövləti tərəfindən bütün cinayət növləri ilə aparılan amansız mübarizə nəticəsini verməkdədir və bu cinayət növlərindən biri də İnsan Alveri cinayətidir ki, aparılan uğurlu mübarizənin nəticəsində bu gün rəal nəticələr əldə olunub: “Bir neçə illər öncə mübarizənin müsbət nəticələri ilə indiki müsbət nəticələr arasında çox böyük fərqlər var. Bizə qonşu olan bir çox ölkələrdə İnsan Alverinə Qarşı Mübarizəyə dair həyata keçirilən tədbirlər və maarifləndirmə işləri demək olar kı, bizim ölkənin həyata keçirdiyi tədbir və maarifləndirmə işlərindən dəfələrlə azdır. Əhalinin bu cinayət növü ilə bağlı maariflənməsi də əsas şərtlərdən biridir. Ona görə də dövlət orqanları ilə Vətəndaş Cəmiyyətinin nümayəndələri arasında yaxşı əməkdaşlıq qurulub. İnsan Alverinə Qarşı Mübarizə ilə bağlı ökəmizdə aparılan işlər dünyanın və Avropanın bir çıx ölkəsinə nümunə ola biləcək səviyyədədir. Daxili İşlər Nazirliyi və Nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin və digər əlaqədar hüquq-mühafizə orqanlarının apardığı uğurlu əməliyyat tədbirləri nəticəsində ölkəmizdən tranzit ölkə kimi istifadə etmək demək olar ki, minimuma enib. Bütün bu və digər cinayət növləri ilə aparılan amansız mübarizə nəticəsində Azərbaycan bir çox inkişaf etmiş və təhlükəsizliyi yüksək səviyyədə qorunan ölkələrlə eyni səviyədə təqdim edilir. Bu hal hər birimiz üçün qürurvericidir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600