Ölümlə nəticələnən yol qəzası – FOTO

Oğuzda yol qəzasında 90 yaşlı kişi ölüb.

Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qumlaq kəndi ərazisində baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Yusif Abdulqədirovun idarə etdiyi minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə Y.Abdulqədirov və onun sərnişini 1929-cu il təvəllüdlü Əhməd Rəhimov ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

90 yaşlı Ə.Rəhimov xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır./Report/