Omanda sülh alveri, Vaşinqtonda hərbi TƏHDİD: “Tramp hələlik vurmaq istəmir, amma...”

media-hightechnic-468x90

“Bu mövqe ABŞ Prezidenti Donald Trampın İranla danışıqlar xəttinə etiraz kimi də qiymətləndirilə bilər”.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, siyasi şərhçi Elşad Mirbəşirli deyib.

media-unnamed-11

O, ABŞ senatoru Con Hovenin “İranın ruhani hakimiyyəti yalnız güc nümayişinə cavab verir” bəyanatının nəyə işarə olduğu ilə bağlı fikirlərini səsləndirib.

Siyasi şərhçi bildirib ki, Con Hoven daxil olmaqla ABŞ Konqresində bəzi senator və konqresmenlər İrana qarşı güc tətbiqinin tərəfdarıdırlar.

“Onlar hesab edirlər ki, İran yalnız güc dili ilə başa düşür. Hoven ABŞ-nin İranla danışıqlarla nəticə əldə edə bilməyəcəyini bildirir. Yanaşı olaraq İranın dini hakimiyyətini tənqid edir. Bu mövqe ABŞ Prezidenti Donald Trampın İranla danışıqlar xəttinə etiraz kimi də qiymətləndirilə bilər. Tramp danışıqlar vasitəsilə nəticə əldə etməyin mümkün olduğunu düşünür.

Omanda keçirilən danışıqların ilk raundu konstruktiv qiymətləndirilib. Tərəflər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər. İran nüvə məsələsini müzakirə etməyə hazır olduğunu, nüvə silahı əldə etmək niyyətində olmadığını deyir. Lakin proksi qüvvələrə dəstək və ballistik raket məsələlərini müzakirədən kənarda saxlamaq istəyir.

Qısacası, Tramp təzyiq metodlarını işə salsa da, hələlik açıq hərbi güc tətbiq etmək niyyətində deyil. Danışıqların davam etməsi fonunda Hovenin çağırışlarının ciddi təsir göstərməyəcəyi ehtimal olunur”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05