!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ömrü uzadan vərdişlər: Çox yaşamaq bu qədər sadədir - ARAŞDIRMA

!Reklam – Yazi

Amerikalı alimlər insan ömrünü 24 il uzada bilən yeddi vərdişi cəmiyyətlə bölüşüblər.

Yenicag.az xəbər verir ki, ABŞ-də aparılan yeni araşdırmaya görə, 40 yaşında mənimsənilsə, ömrü 24 il uzada biləcək 7 vərdiş müəyyən edilib.

Əgər siz 50 yaşında bu “səkkizlik”ə üz tutsanız, ömrünüzü 21 il, 60 yaşında başlasanız, 18 il uzada bilərsiniz.

Bu vərdişlər daha əvvəl eşitmədiyiniz, yaxud yeni bir şey deyil: idman edin, sağlam qidalanın, stressi azaldın, yaxşı yatın və müsbət sosial münasibətləri qoruyun. Digər tərəfdən, siqaret çəkməyin, çox içməyin və opioidlərə aludə olmayın.

Siyahıda ilk yeri idman tutur. Ekspertlər bunu hər kəsin sağlamlığını yaxşılaşdırmaq üçün edə biləcəyi ən vacib davranışlardan biri hesab edir. İdman edənlərin etməyənlərlə müqayisədə ölüm riski 46% daha az olur.

Araşdırmanın nəticələrinə görə, tütündən uzaq durmaq erkən ölüm riskini 38% azaltmaqla ömrün uzadılmasında ikinci aparıcı rol oynayır.

Növbəti addım stresin idarə olunmasıdır. Erkən ölüm hallarını bu vərdiş 22% azaldır.

Bitki əsaslı pəhriz daha uzun yaşamaq şansınızı 21% artırır. Amma bu siz vegetarian və ya veqan olmalısınız demək deyil. Əsas olaraq tam taxıl və yarpaqlı yaşıl tərəvəzlərlə zəngin olan qidalara üstünlük verməlisiniz.

Spirtli içkilərdən imtina etmək ölüm riskini 19% azaldır. Araşdırmalar göstərir ki, hətta orta səviyyədə içənlərin də həyatı risk altındadır.

Mütləq gecə yuxusunu almaq lazımdır. Düzgün yuxu rejimi erkən ölümü 18% azaldır.

Sosial ətrafın düzgün seçilməsi, pozitiv həyat keçirməklə ölüm riski 5% azalır.

Bir şeyi də unutmayın ki, bu sadalananlar qəzavü-qədərə qurban getməyəcəyiniz təqdirdə keçərlidir. Odur ki, ömrünüzü diqqətli yaşayın.

Nəsimi Ələsgərli

www.yenicag.az

1344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv