!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onlar kraliçanın dəfninə çağırılmadılar - SİYAHI

!Reklam – Yazi

Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimində kimlərin iştirak edəcəyi bəlli olub.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, dəfn mərasimində 500-ə yaxın rəsmi qonağın, dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Belçika, Norveç, İsveç, Danimarka və Monakodan kral və ailələri, Avstraliya, Kanada, Yeni Zelandiya, Banqladeş Baş nazir səviyyəsində dəfndə təmsil olunacaq.

Bundan başqa, ABŞ Prezidenti Co Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin Almaniya, İtaliya, Braziliya, Cənubi Koreya prezidentləri, Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula fon der Leyen də dəfndə iştirak edəcəklərini təsdiqləyiblər.

Dəfn mərasiminə çağırılmayanlar sırasında Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Myanma, Suriya, Venesuela və Əfqanıstan prezidentləri yer alıb.

İran və Şimali Koreya isə dəfnə səfir səviyyəsində qatılacaq.

COP29

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv