“Onlar öz həddlərini yetərincə aşıblar”

media-hightechnic-468x90

siaphoto_449948“Neftin dünya bazarında ucuzlaşması və Rusiyadakı böhranın Azərbaycan iqtisadiyyatına təsiri haqqda yayılan məlumatlar tam əsassızsdır. Eyni zamanda heç bir məntiqə sığmır. İctimai rəyə bu cür informasiyalar sızdırmaq radikal müxalifətin cəmiyyətdə çaşqınlıq yaratma cəhdindən savayı bir şey deyil. Fəqət, onların arzusu hər zaman olduğu kimi bu dəfə də ürəklərində qalacaq”. Bunu Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev son günlər  “Azadlıq” qəzetində dərc olunan dezinfomasiyalara münasibət bildirərkən söyləyib.

“Bu gün də manşetlərini eyni qəbildən olan növbəti yalana, saxta məlumata həsr ediblər. Ki, guya Bakı Metropoliteninin 600 əməkdaşı neftin ucuzlaşması səbəbilə öz iş yerlərini itirib. Oysa, maraqlıdır, hardandır onlarda belə məlumat? Niyə “Azadlıq” qəzetinin əməkdaşları Əli Kərimlinin və özlərinin gördüyü yuxuları reallıq kimi təqdim etməyə çalışırlar? Görəsən, hansı səbəbdən həmin siyasi ünsürlər ölkədə panika yaratmağa bu qədər meyllidirlər?

Bakı Metropoliteni artıq saxta məlumatla bağlı təkzib verib. İndi növbə “Azadlıq” qəzetinindir. Buyursun elə həmin informasiyanı yerləşdirdiyi manşetdəcə təkzibini versin və başından böyük qələtini etiraf etsin.

Mətbuatın, medianın təyinatı ulduz falına, öncəgörmələrə ya da yuxu yozmalara əsaslanıb fikir yürütmək deyil. Ölkənin KİV haqqında qanunu, digər hüquqi-normativ aktları, eyni zamanda dünyada qəbul olunmuş jurnalistika etikası var. Hələ milli dəyərləri-filan demirəm. Onsuzda bu detalları yüz il bundan sonra da hesablayacaq biri deyillər, AXCP-çilər. Fəqət, bununla bərabər ölkədə xaos, panika yaratma cəhdi də düşünürəm ki, görməzdən keçilməməlidir. Yoxsa, axzcpşnik-lərin avantürist addımları, saxta yorumları bundan sonra da eyni qaydada davam edəcək.

Bakı Metropoliteni rəhbərliyi “Azadlıq”qəzetini gecikmədən məhkəməyə verməlidir. Qənaətim budur. Və ya bu söyüş, iftira maşını bir şəkildə durdurulmalıdır. Çünki, onlar öz həddlərini yetərincə aşıblar” –deyə partiya sədri fikirlərinə davam edib(sia.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600