“Onların məqsədi tamam başqa və iyrəncdir”

media-hightechnic-468x90

çççççççççççççççççl“Onlar bildirirlər ki, guya burada sıxışdırılır, həbsxanadakı kimi saxlanılırlar”

“Ermənistan nümayəndə heyəti Bakıdan Ermənistana məlumatlar ötürür ki, guya onlar burada sıxışdırılır, çıxışlarına imkan verilmir və ümumiyyətlə, Azərbaycanda həbsxanadakı kimi saxlanılırlar”.

Bunu Azərbaycan Milli Məclis sədrinin 1-ci müavini, ölkənin NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarında deyib. O, erməni deputatların bu məlumatı hansı yolla ötürdüklərinin məlum olduğunu söyləyib: “Amma siz seminar iştirakçıları nəyin şahidisiniz? Neçə gündür erməni deputatlar Bakıda özlərini elə sərbəst aparırlar ki, heç Ermənistanda belə sərbəst deyillər. İstədiklərini deyirlər, istədikləri vaxt hətta çıxışları kəsib öz sözlərini deyirlər, seminardan kənar sərbəst Bakının istədikləri yerində gəzə də bilirlər. Görünən odur ki, ermənilərin buradan ötürdükləri bu təxribatçı məlumatların məqsədi tamam başqa və iyrəncdir”.

Z. Əsgərov müqayisə üçün ötən il İrəvanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısında ermənilər tərəfdən Azərbaycan deputatlarına qarşı təzyiqi yada salıb: “O seminarda azərbaycanlı deputatlara ümumiyyətlə, çıxış imkanı verilməmişdi. Vəziyyət o yerə çatmışdı ki, bizim deputatlar Ermənistandan çağ çıxmaları üçün şükür edirdilər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600