“Onu orada öldürəcəklər”

media-hightechnic-468x90

lpıöRusiyalı oliqarx Mixail Xodorkovski Rusiya Prezidenti Vladimir Putinin Maydan hadisələrinin səbəblərinin Haaqa Məhkəməsi ilə birgə araşdırılması təklifindən imtina etməsini onun aksiyaçıların güllələnməsində əlinin olması ilə əlaqələndirib.

Xodorkovskinin rusiyalı jurnalistlərə bu yöndə açıqlaması İsrailin “9–cu kanal”ının rəsmi saytında yerəşdirilib:

”Mən hörmətli hökumət nümayəndələrinə Yanukoviçin Haaqa Məhkəməsinə verilməsini təklif etdim, Ukraynaya yox. Onu orada öldürəcəklər. Bu, düzgün olmazdı. Dedim, verin onu beynəlxalq məhkəməyə. Əgər vermirsinizsə, deməli, sizin də əliniz var Maydan hadisələrində”.

Xodorkovski deyib ki, yüzlərlə dinc sakinin öldürülməsi doğurdan da faciədir və Yanukoviçin hələ də Rusiya ərazisində qalması müəyyən suallar doğurur. Əlavə edib ki, aksiya iştirakçılarına qarşı silahın işlənilməsi Moskva ilə razılaşdırılıb: ”Təbii ki, mən Moskvada Yanukoviçə belə icazənin kimin tərəfindən verildiyini soruşdum. Amma nə faydası? Bütün hallarda ünvan bəllidir. İzlər Kremlə aparır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600