Polşanın səhiyyə naziri Adam Nidzielskinin istefası qəbul edilib.
Yenicag.az xəbər verir ki, nazirin istefasına səbəb onu tənqid edən həkimin şəxsi məlumatlarını ictimailəşdirməsi olub.
Cari ilin avqustunda qüvvəyə minən resept yazılma qaydaları ilə bağlı yerli televiziyaya danışan Pyotr Pusula adlı həkim qərarı sərt tənqid etmişdi. Daha sonra nazir onun bilgilərini sosial mediada yaymışdı.
Məsələ ilə bağlı danışan ölkənin baş naziri seçki dönəmlərində hər kəsin danışarkən diqqətli olmalı olduğunu vurğulayıb.
www.yenicag.az