Operativ Qərargahdan yeni QƏRAR – İcazə verildi

media-hightechnic-468x90

Nazirlər Kabineti yanında Operativ Qərargah daha 3 növ üzrə Azərbaycan milli komandalarına məşq icazəsi verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Report-a Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədov məlumat verib.

O bildirib ki, qrapplinq və həndbol üzrə kişilərdən ibarət yığmaların, həmçinin voleybol üzrə kişi və qadınlardan ibarət milli komandaların təlim-məşq toplanışları üçün razılıq alınıb: “Bu idman növlərinin qarşıda beynəlxalq yarışları nəzərdə tutulur. Nazirlik olaraq Operativ Qərargaha müraciət etmişik. Qərargah da onların hazırlıq prosesinə icazə verib”.

Nazirlik rəsmisi artıq bu komandaların hazırlıqlara başladığını sözlərinə əlavə edib. O deyib ki, həndbol və voleybol millilərinin toplanışı aprelin 30-da, qrapplinqdə isə aprelin 23-də başa çatacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah daha əvvəl futzal millisinə qapalı məkanda məşq və oyun üçün icazə verib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05