Oqtay Əsədov Şevardnadzenin dəfn mərasimində iştirak edəcək

media-hightechnic-468x90

141İyulun 13-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin dəfn mərasimində iştirak etmək üçün ölkənin paytaxtı Tbilisidə səfərdə olacaq.

Bu barədə  Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Parlament Sədrinin mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir.

Səfər həmin gün başa çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600