Oqtay Gülalıyevin SON DURUMU – Xanımından AÇIQLAMA – FOTOLAR

Avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ağırdır.

Bu barədə Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Yenicag.az-a açıqlamasında bildirib.

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisinin müalicəsini üzərinə götürüb.
Gülalıyev hazırda İstanbulda “Avrasya Hospital”ın Qazi Osman Paşa filialının reanimasiya şöbəsində həkim nəzarəti altındadır.

Aytək Yusifsoy