!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orbandan Avropa liderlərinə Azərbaycandan MƏKTUB: Baş nazir Putini nəyə inandırıb? – TƏFƏRRÜAT

!Reklam – Yazi

Macarıstanın baş naziri Viktor Orban Ukrayna və Rusiyaya səfərindən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa İttifaqına üzv dövlətlərinin başçılarına açıq olmayan məktub yollayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın “Sistema” araşdırma layihəsi adının açıqlanmasını istəməyən avropalı rəsmilərə istinadən məlumat yayıb.

Portal yazır ki, iyulun 5-də Macarıstanın baş naziri Azərbaycandan məktub göndərib və orada “tərəflərin mövqelərini öyrənmək” üçün Kiyev və Moskvaya getdiyini izah edib.

Orbanın sözlərinə görə, Moskva vaxtın onların tərəfində olduğuna inanır. Vladimir Putin Orbanla görüşdə Rusiya ordusunun itkilərindən danışmayıb, ancaq təkid edib ki, Ukrayna hər ay təxminən 40-50 min hərbi qulluqçu itirir.

“Putin Ukrayna prezidenti Volodimir Zelenskinin müvəqqəti atəşkəsi rədd etməsinə təəccüblənir. Rusiya prezidentinin sözlərinə görə, onlar Ukrayna qüvvələrinin gizli yerdəyişməsi və yenidən qruplaşdırılması rolunu oynamayan atəşkəslə bağlı istənilən təklifi nəzərdən keçirməyə hazırdırlar”, – məktubda deyilir.

Macarıstanın baş naziri yazır ki, həm Kiyev, həm də Moskva danışıqlara yalnız hər iki tərəf iştirak etdiyi təqdirdə hazırdır. Putin həmçinin onu “İstanbul razılaşmaları”nın aktuallığına inandırıb, lakin Ukrayna prezidentinin sülh formuluna və İsveçrədəki sammitə münasibəti ilə bağlı suala cavab verməyib.

Orban Avropanı “təşəbbüs göstərməyə” çağırıb, çünki ABŞ-də hər kəs hazırda prezident seçkilərinə hazırlaşmaqla məşğuldur.
“Əgər bu prosesi saxlaya və ya dayandıra bilməsək, o zaman qarşıdakı iki ayda cəbhə xəttində əvvəlkindən daha dramatik itkilər və hərbi hadisələr görəcəyik”, – o əlavə edib.

Rafi Müslümov

COP29

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv