!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orduda nizam-intizamın aşağı düşməsinin SƏBƏBLƏRİ - "Bu, dövlətin imicinə zərbədir" - Hərbi ekspert

!Reklam – Yazi

“Axırıncı çəkilişlərdə intizamsızlıq aydın görünür. Bu, həm də müharibədəki qələbədən sonra yaranan arxayınlıqdan qaynaqlanır”.

Bunu Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən döyüşlərdən sonra ordudakı nizam-intizamın aşağı düşdüyünü göstərən hallara münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, ordudakı nizam-intizamın aşağı düşməyi açıq şəkildə görülür və bunun da müxtəlif səbəbləri var:

“Quru Qoşunları yaradıldı. Ora komandir heyəti təyin edildi. Əvvəl mərkəzdən idarəetmə vardı. Hesab edirəm ki, bunun da öz təsiri var. Müharibədən çıxandan sonra orduda nizam-intizamın pozulması hallarına çox rast gəlinir. Çəkilişlər, nizamsız hərəkətlər yolverilməzdir. Çəkilişlər qətiyyən olmaz. Birincisi, burada öz mövqelərimiz görsənir. İkincisi, hər hansı bir erməni üzərində fiziki eksperiment keçirilir, bu həm tərbiyəsizlikdir, həm də dövlətin imicinə zərbədir. Erməni tərəfi bundan dərhal istifadə edir, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır. Nizamsız hərəkət ən əsası əsgərlərimizin özlərinə təhlükədir. Ara məsafəsi olmalıdır, təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Hansısa düşməni əsir götürürüksə də, təhlükəsizliyə əməl olunmalıdır. Düşmənin əlində silah var. Əsirlərdən biri silahdan istifadə etsə nə olacaq? Hamının başı çəkilişə qarışıbsa, bir qumbara xeyli itkiyə yol aça bilər. Nizam-intizam başlayır manqa komandirindən, nazirə qədər.

Müharibədən sonra hərbi hissələrin dislokasiya yerləri dəyişib. Bölmələrin bir çoxu kazarmalarda yox, dağda, daşda mövqelərdədir. Bu öz təsirini göstərir. İnanıram ki, yaxın vaxtlarda bu problemlər aradan qaldırılacaq. Nazir düzgün qərar qəbul edərək, hərbi qulluqçuları ordu sıralarından xaric etdi”.

Səxavət Məmməd

www.yenicag.az

981
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv