Ordumuzun rabitə ixtisaslı zabitləri ilə təlim-metodiki toplanış keçirildi

media-hightechnic-468x90

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun qoşun növü, birlik, birləşmə və hərbi hissələrinin, həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin rabitə ixtisaslı zabitlərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunda rabitə hissə və bölmələrinin fəaliyyətinin, qoşunlar arasında vahid rabitə və idarəetmə sistemlərinin işinin, həmçinin rabitə ixtisaslı zabitlərin peşə hazırlıqlarının yüksəldilməsi məqsədilə keçirilən toplanışda rabitə sahəsində mövcud olan yeniliklər barədə iştirakçılar məlumatlandırılıb.

Təlim-metodiki toplanış çərçivəsində müxtəlif tipli müasir radiostansiyaların imkan və qabiliyyətləri, radiokommunikasiya sistemində tətbiqi və inkişaf perspektivləri, peyk rabitəsinin və kommunikasiya fəaliyyətinin təşkili mövzusunda təqdimatlar verilib.

Qoşunlarda istismara yeni qəbul edilmiş idarəetmə sistemləri, rabitə qurğuları, radiostansiyalar, rəqəmsal texnologiya, müasir məlumatötürmə proqramlarının inkişaf istiqamətləri, kibertəhlükəsizliyin təşkili və kibergigiyena qaydaları haqqında nümayiş olunan təqdimatlar ixtisasçı zabitlər tərəfindən maraqla qarşılanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, praktik tövsiyələr verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa