Ortadan qırılmış bina

media-hightechnic-468x90

kovent_24875767Londonun turistlər arasında ən məşhur məkanlarından birində möhtəşəm illüziya yaradılıb.

“Kovent Qardeninin pərvaz edən bazarı” (The floating market of Covent Garden) adlanan bu illüziyanın müəllifi rəssam Aleks Çinnekdir.

3 ay vaxt və 500 saat əmək sərf edən rəssam ortasından “qırılmış” bina obrazı yaradıb.

Kənardan baxanda belə təəsürat yaranır ki, bina ortadan dağılıb, ikiyə parçalanıb və yuxarı hissə havada pərvaz edir, amma aşağı hissədən əsla ayrılmır.

Şalbuki bu, imitasiyadır və yaradılmasında çox mürəkkəb texnologiyadan istifadə olunub.

Penoplastdan hazırlanmış konstruksiyanın yuxarı və aşağı hissəsini polad platforma birləşdirir. Lakin bu platforma gözə görünmür, çünki “ortadan qırılmış bina”nın sağ tərəfindəki kiçik yaşıl tikilinin içindədir.

Bu tikili binanın stabilliyini təmin edir. Yaşıl tikilinin divarının içindən şaquli qoyulmuş polad konstruksiya, bu tikilinin damına birləşmiş “bina”nın qırıq divarının içi ilə yuxarı, aşağı divarın içi ilə yerə uzanır.

Bina bu minvalla sağ tərəfdən vahid polad konstruksiya ilə birləşdiyindən tərpənməzdir. (mili.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600