Orxan Gencebay gəmidən yıxıldı, xəstəxanaya yerləşdirildi - FOTO

media-hightechnic-468x90

Türkiyənin korifey incəsənət xadimlərindən olan Orxan Gencebay xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, buna səbəb onun gəmidən yıxılması olub.

Məlumata görə, hadisə məşhur ifaçının həyat yoldaşı Sevim Emre ilə Anadoluhisarıdakı restorandan Balta limanındakı malikanəsinə qayıdan zaman baş verib. Limana çatanda mühafizəçilər əvvəlcə Sevim Emrenin gəmidən enməsinə kömək ediblər. Daha sonra Gencebaya əllərini uzadıblar, ancaq ifaçı tarazlığını itirərək kürəyi üstə beton döşəməyə yıxılıb.

Ombası və kürəyi əzilən Gencebay xəstəxanaya aparılıb. Müayinə zamanı onun bədənində sınıq-çıxıq görünməyib, ancaq zərbəyə görə bərk əzildiyi müəyyən edilib.

Sonradan Gencebay pərəstişkarlarına müraciət edərək vəziyyəti barədə məlumat verib:

“Allaha şükür, artıq yaxşıyam, ağır qəza idi, məni Allah qorudu”./oxu.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600