!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Orxanın həbs xəbərinə bacısından sərt reaksiya: "Ağzınıza gələni danışmayın"

!Reklam – Yazi

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs olunması və Bakı İstintaq Təcridxanasında saxlanılması ilə bağlı xəbərlər yayılıb.

İddialara görə, Orxan Nadirov işə düzəltmə adı ilə zərərçəkmiş şəxsin 69 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məsələyə aydınlıq gətirmək üçün Orxan Nadirovun ailəsi ilə əlaqə saxladıq.

Yenicag.az-a açıqlama verən Orxanın bacısı Şəfiqə xanım əsəbiləşib:

“Hazırda vəkil bu işlə məşğul olur, özümüz də nə baş verdiyini bilmirik. Hər kəs ağzına gələni danışır. Qardaşım guya dələduzluq edib, kimdənsə 69 min manat alaraq onu işə düzəldəcəyi ilə aldadıb. Hanı elə bir iş yeri ki, o işdən ötrü kimsə 69 min pul versin?”

Qeyd edək ki, O.Nadirovun həbsi ilə bağlı xəbəri oxu.az saytı yayıb.

Cəvahir

www.yenicag.az

5348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv