Nüfuzlu “Oskar” mükafatını almış məşhur “Parazit” filminin ulduzu Li Sun Kyun dünyasını dəyişib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya polisinin yaydığı məlumata görə, 48 yaşlı aktyorun cəsədi paytaxt Seulda avtomobildə aşkarlanıb.
Məlumatda bildirilir ki, bu ilin oktyabrında Kyun narkotikdən istifadə ittihamı ilə istintaqa cəlb edilmişdi. Bu çərçivədə aktyorun barların birində çalışan işçidən narkotik maddə aldığı xəbəri yayılmışdı. Lakin Kyun bu iddiaları rədd edərək, narkoloji testdən keçməyə razılıq vermişdi.
Qeyd edək ki, aktyor çox sayda film və serialın baş rol ifaçısı olub. O, həmçinin “Coffe Prince” filimində Çoy Han Sunq obrazı ilə də tanınırdı.
Hazırda aktyorun ölüm səbəbi araşdırılır.
www.yenicag.az