Otaq yoldaşları tərəfindən talandı

media-hightechnic-468x90

75706Bakıda 17 yaşlı oğlan kirayə yaşadığı ünvanda oğurluq edib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, hadisə fevralın 27-də saat 20 radələrində G.Şıxlinski küçəsində yerləşən mənzildə baş verib.

Belə ki, Masallı rayon sakini İlqar Abbasovun 120 manat pulu, iki ədəd mobil telefonu, Qobustan rayon sakini Adəm Lətifovun isə 80 manat pulu, mobil telefonu oğurlanıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsi əməkdaşları əməliyyat keçirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluğu törətməkdə şübhəli bilinən, İ.Abbasov və A.Lətifovla eyni ünvanda kirayədə yaşayan Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Hüseyn Cəlal oğlu Əhmədzadə müəyyən olunaraq tutulub.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600