Aprelin 2-də Bakı şəhər ərazisində yol hərəkəti qaydalarını pozan və kobud qayda pozuntusuna yol verən sürücülərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, yol hərəkəti qaydalarını pozan ümumilikdə 3223, o cümlədən kobud qayda pozuntusuna yol verən 169 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 116 nəqliyyat vasitəsi, avtomaşını sərxoş halda idarə edən 52 sürücü, 1 avtoxuliqan müəyyən olunub.