!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən il Almaniyada sığınacaq alan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

!Reklam – Yazi

2022-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq alan Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub. 

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) sözçüsü Saskia Geltenpot “Report”un Avropa bürosuna açıqlamasında bildirib ki, ötən il Azərbaycan vətəndaşları tərəfindən daxil olan ilkin müraciət ərizələrindən cəmi 67-sinə müsbət cavab verilib.

Həmin şəxslər rəsmi Berlinin tərəfdaşı olduğu Cenevrə Qaçqınlar Konvensiyasına uyğun olaraq Almaniyada yaşamaq hüququ əldə ediblər.

BAMF rəsmisi xatırladıb ki, 2022-ci ildə müxtəlif xarici ölkə vətəndaşları tərəfindən federal idarəyə ümumilikdə 217 774 ərizə daxil olub. Müraciət edənlər bu ölkədən sığınacaq istəyiblər.

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv