Oxumaq üçün böyürtkən satıb Bakıya qaçdı

media-hightechnic-468x90

images“Təmiz dünya” İctimai Birliyindən verilən məlumata görə, yeniyetmə qız Bakıya gəlmək üçün yolpulunu böyürtkən yığmaqla toplayıb. Qızın sözlərinə görə, anasını 12 yaşında itirib. Bundan sonra atası onu məktəbdən çıxararaq təhsilini davam etməyə qoymayıb. Özündən böyük və kiçik qardaşlarına baxmaq məcburiyyətində olan yeniyetmə bu müddətdə atası tərəfindən mütəmadi olaraq zorakılıqla üzləşib.

Spirtli içki aludəçisi olan atasının onu tez-tez döydüyünü deyən yeniyetmə təhsilini davam etdirmək üçün çıxış yolunu ancaq Bakıya gəlməkdə görüb. Bir neçə gündür ki, “Təmiz dünya” İctimai Birliyinin sığınacağında yerləşdirilən qızın yeni tədris ilindən təhsilə davam edə bilməsi üçün zəruri tədbirlər həyata keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600