!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Öz başlarına güllə sıxa bilməyən SEPARATÇI CANİLƏR: “Onlar o cəsarətin sahibi deyillər ki...” Rasim Balayev

!Reklam – Yazi

“Qaniçən, separatçı Vardanyanda və digərlərində o qeyrət, o cəsarət yoxdur ki, başlarına bir güllə çaxsınlar”.

Bu fikirləri yaxalanaraq Bakıya gətirilən Qarabağda mövcudluğuna son qoyulmuş separatçı rejimin sabiq rəhbərlərinin sağ ələ keçməmək üçün intihar etməmələrinin səbəblərinə toxunan Xalq artisti Rasim Balayev Yenicag.az-a açıqlamasında deyib.

Xalq artistinin sözlərinə görə, separatçıların bir-bir yaxalanaraq Bakıya gətirildiyini görmək insanın ürəyinə yağ kimi yayılır:

“Qaniçən, separatçı erməni Vardanyanda və digərlərində o qeyrət, o cəsarət yoxdur ki, başlarına bir güllə çaxsınlar. Amma bizim igid, qeyrətli, cəsur oğullarımız olub ki, düşmənə əsir düşməmək üçün son gülləni özlərinə saxlayıblar.

Ermənilərdə o qeyrət hanı? Onlar kimi yaltaq, qorxaq, vicdansız millət yoxdur. Bəzən başqa ölkələrin nümayəndələri bizi qınayırlar. Amma faktlar açıldıqca, erməni vəhşiliyi daha çox üzə çıxdıqca, bütün dünya görür ki, onlar nə qədər qaniçən millətdir.

O separatçıların tutulub bir-bir Bakıya gətirildiklərini görmək ürəyimə yağ kimi yayılır. Çox qanlar töküblər, çox anaları ağlar qoyublar, insanlarımıza zülm ediblər, günahsız adamları benzin töküb diri-diri yandırıblar, bunun layiqli cəzasını alacaqlar. Zülm yerdə qalmaz, Allah gec edir, amma güc edir”.

Cəvahir

COP29

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv