“Öz xanımına inanılmaz dərəcədə minnətdaram“

media-hightechnic-468x90

ssssssjkoHollivudun ən məşhur aktyorlarından olan Hyu Cekmanın dəri xərçəngindən əziyyət çəkməsi ilə bağlı xəbər vermişdik.

O, jurnalistlə müsahibəyə gözləri qızarmış və burnu yapışkanla bağlanmış halda gəlib.

Ulduz bildirib ki, daha öncə də bu xəstəlikdən əziyyət çəksə də, sağaldığı üçün sevinib. Amma xərçəngin yenidən özünü büruzə verməsi onu məyus edib:

“Həkimlər məndə dəri xərçəngi müşahidə etdilər. Öz xanımına inanılmaz dərəcədə minnətdaram, çünki o, məni həkimə getməyə məcbur etdi. Burnumdakı xal böyüyüb ağrımağa başlayanda Deb narahat oldu və yoxlamaya getməyimi istədi. Hazırda mən çox optimistəm. Əlbəttə bu, sonu olmayan bir şeydir. Bu xəstəlikdə əsas olan vaxtında diaqnozun qoyulması və  nəzarət altında saxlanılmasıdır”.

Aktyor bu xəstəliyə tutulmamaq üçün bütün oxuculara günəş şüalarından qorunan kremlərdən istifadə etməyi məsləhət görüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600