Özəlləşdirmədən əldə olunan gəlirlərin bölgüsü açıqlandı

media-hightechnic-468x90

Bu ilin yanvar-iyun aylarında Azərbaycan büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən 79,5 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 45,5 % çoxdur.

Yenicag.az xəbər verir ki, bu barədə Hesablama Palatasının dövlət büdcəsinin icrasına dair yarımillik təhlilində qeyd olunub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 milyon manat və ya 5,9 % çoxdur.

Hesabata görə, ən böyük pay – 55,6 milyon manat özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satışının payına düşüb.

Ümumilikdə, bu dövrdə kiçik dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirilməsindən 18,9 milyon manat, investisiya müsabiqəsi vasitəsilə əmlak və səhmlərin satışından 4,8 milyon manat, səhmdar cəmiyyətlərinə çevrilmiş müəssisələrin səhmlərinin hərraclarda satışından isə 0,2 milyon manat gəlir əldə olunub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 19,8 milyard manat, xərcləri isə 17,1 milyard manat təşkil edib. Nəticədə büdcə 2 milyard 708,2 milyon manat profisitlə icra olunub. Bu göstərici proqnozlaşdırılan 1 milyard 823,3 milyon manatlıq profisiti 885 milyon manat üstələyib.

Büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə 1 milyard 298,8 milyon manat nəzərdə tutulsa da, icra 245 milyon manat olub. Həmçinin daxili borclanmadan (989 milyon manat) və məqsədli büdcə fondlarının qalığından (9,6 milyon manat) maliyyələşdirmə üzrə proqnozlar üzrə ümumiyyətlə icra qeydə alınmayıb. Əksinə, vahid xəzinə hesabının sərbəst qalığından kəsirin maliyyələşdirilməsi üçün 45 milyon manat proqnozlaşdırıldığı halda, faktiki olaraq 76,9 milyon manat vəsait yönəldilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa