Özü özünə evlilik təklif etdi

media-hightechnic-468x90

73785İngiltərədə qeyri-adi hadisə baş verib.

İslandiyalı bir musiqiçinin mahnısındakı “özümlə evliyəm” sözlərindən ilhamlanan Londonlu Qras Qelder özünə evlənmə təklif edib.

Öz evlilik təklifinə müsbət cavab verən qadın kiçik bir toy məclisi təşkil edib. 50 nəfər qonaq qarşısında evlənən Qelder çox xoşbəxt olduğunu bildirib.

“Özümü mükafatlandırmaq istədim”, – deyən Qelder bu addımla həyatında yenilik etmək istədiyini söyləyib:

“İslandiyalı müğənni Björkün İsobel adlı mahnısından çox xoşum gəlirdi. Xüsusilə, musiqidəki “özümlə evliyəm” cümləsinin çox çılğın olduğunu düşündüm. İndi isə bunu daha yaxşı anlayıram”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600