Özündən 25 yaş böyük kişi ilə ailə qurur-Foto

media-hightechnic-468x90

thea_r58736326_ea2729b9839c969c1aef15d0c89e689a (1)Norveçdə 12 yaşlı gəlinin bloqu sürətlə populyarlaşmaqdadır.

12 yaşlı Teya bu yaxınlarda 37 yaşlı kişiyə ərə getməyə hazırlaşır. O, indi “Gəlin bloqu” yazır və toyunu səbisrizliklə gözlədiyini vurğulayaraq, mərasimə hazırlıqların təfərrüatlarından bəhs edir.

Teya gəlinlik paltarı, toy tortunu seçməsindən sevinclə yazır, nişan üzüyünü barmağına taxdığı anın sevincindən danışır.

Təzə bəy Gear Teyanın atası yaşında olsa da, bu məqam balaca gəlini əsla narahat etmir.

Teyanın bloqu Norveçdə ən populyar internet resurslardan birinə çevrilib.

Minlərlə insan Teyanı bazar günü olacaq toya qatılmamağa, ərə getmək fikrindən vaz keçməyə çağırır.
Teya ilə Gearın toyu Beynəlxalq Qızlar Günü olacaq.

Ekspertlər isə hesab edirlər ki, Gear əslində provokasiya hazırlayıb və toy olmayacaq. Norveçdə 18 yaşına çatmamış qızların nikaha girməsi yasaq olduğundan Gear bu minvalla ictimaiyyətin diqqətini erkən nikahlar probleminə cəlb etməyə çalışır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600