Pakistanda silsilə partlayışlar törədilib

media-hightechnic-468x90

86136Pakistanın Lahor şəhərində xristianların yaşadığı ərazidə partlayışlar törədilib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, rəsmilərin iki bombanın partlaması nəticəsində azı 10 nəfər həlak olduğunu bildirirlər. Youhanabad ərazisindəki kilsələrin yaxınlığında baş vermiş partlayışlarda azı 50 adamın xəsarət alıb.

Yerli media isə ölənləri 14 nəfər olduğunu deyir.

Şahidlər partlayışın canlı bomba tərəfindən həyata keçirildiyini bildirsələr də, polis bunu təsdiq etməyib.

Partlayışlardan az sonra zorakılıq müşahidə olunan nümayişlər başlayıb. İştirakçılar təhlükəsizlik tədbirlərinin görülməməsinə etiraz edib.

Pakistanın Xristian icması tez-tez silahlıların hücumuna məruz qalır. Partlayışları Pakistan Talibanlarının filialı olan və özünü Camatul Ahrar adlandıran qrup öz üzərinə götürüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600